AZ

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.
Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb.

"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır"-deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Seçilən
20
8
demokrat.az

10Mənbələr