AZ

35 yaşlı qadın eyvandan YIXILDI: Vətəndaşlar aidiyyəti qurumlardan şikayətçidirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın Səbail rayonunda eyvandan yıxılan 35 yaşlı qadının qohumu hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
Zərərçəkənin baldızı Kəmalə Hüseynovanın sözlərinə görə, 2-ci mərtəbədən yıxılan gəlinlərinin vəziyyəti çox ağırdır:
"Onurğa sümüyünün 2 tərəfdən sınığı var. Cərrahla danışdıq, yeriyəcəyinə dair bizə zəmanət vermirlər".
K.Hüseynova pilləkən və eyvanın çürüdüyünü, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll olunmadığını deyib.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin şəxsi mülkiyyətdə olması səbəbindən dəymiş ziyanın ev sahibi tərəfindən qarşılanması məqsədəuyğun hesab olunur.
Ətraflı süjetdə:
phrase_var_article.chosen
1
50
oxu.az

10phrase_var_article.sources