AZ

Kükürd və qandan istifadə etməklə şəhər salmaq? -Marsda həyat üçün inanılmaz ideya

İranlı mühəndislər Marsın ekstremal şəraitinə davamlı tikinti materialları yaratmaq üçün onun resurslarından istifadə üsulunu hazırlayıblar.

News24.az xəbər verir ki, bu tədqiqat "Acta Astronautica" jurnalında dərc olunub.

Tədqiqatçılar zondlar və marsoxodlar tərəfindən toplanmış Mars torpağı - regolitin kimyəvi tərkibini öyrənərək bu materialdan hazırlana biləcək bir neçə beton növü təklif ediblər. Həmçinin, onlar insan qan plazması zülalları kimi üzvi bağlayıcılardan istifadə imkanlarını da nəzərdən keçiriblər.

Bu ideya heyvan qanı və sidiyindən istifadəyə əsaslanan qədim Roma tikinti texnologiyalarından ilhamlanıb. Mühəndislərin hazırladığı bu müasir beton yüksək möhkəmliyə malikdir və uzunömürlü binaların inşası üçün əlverişlidir.

Alimlər öz ideyalarını yoxlamaq məqsədilə Mars geologiyasını daha dərindən öyrənməyi planlaşdırır. Onlar bunun üçün orbitə və Marsın səthinə göndərilmiş missiyaların məlumatlarından istifadə edəcəklər. Bundan başqa, Marsda geniş yayılmış və tikinti üçün uyğun xüsusiyyətlərə malik olan kükürdün də perspektivli material olduğu vurğulanır.


Bir milyon insan üçün nəzərdə tutulmuş Mars şəhərinin yaradılması hələ uzaq bir məqsəd kimi görünsə də, bu tədqiqat həmin arzunun reallaşmasına daha da yaxınlaşmağa imkan yaradır. Alimlərin fikrincə, bu texnologiya Qırmızı planetin bəşəriyyətin yeni evi olmasında həlledici rol oynaya bilər./oxu.az


Seçilən
10
4
news24.az

5Mənbələr