AZ

Şagirdin ağzını skoçladı deyilən müəllim DANIŞDI: "Şagirdlərin çənəsinə..." - Yenilənib

23:05

Bakının Nərimanov rayonunun 178 nömrəli tam orta məktəbin 3 A sinfinin şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının bağlanıldığı iddiası ilə bəzi mətbu orqanlara açıqlama veriblər. Onlar iddia ediblər ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.

OXU24.COM -un məlumatına görə, məsələ ilə bağlı "Azərbaycan müəllimi"nə açıqlama verən Xatirə Hüseynova isə bildirib ki, 1984-cü ildən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir və bu müddətdə şagirdlərini Vətənə layiqli övlad kimi yetişdirmək üçün əlindən gələni əsirgəməyib. 

Müəllim qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır: "Hər zaman bunun müsbət nəticələrini görmüşəm. Çünki öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə həyata keçirdiyimiz zaman isə daha asan və maraqlı olur. Bəzən dərs zamanı uşaqlar bir-birinə mane olmasın, köçürülmə halları yaşanmasın deyə, el arasında "Qaradinməz" adlanan oyundan da istifadə edirəm. Bu oyunun uşaqların iradəsini necə möhkəmləndirdiyinin şahidi olmuşam. Bir neçə gün əvvəl "Rəqəmsal bacarıqlar" dərsi zamanı kiçik summativ qiymətləndirmə (KSQ) yazarkən uşaqların səs-küy salmadan bütün fikirlərini dərsə yönəltmələrini təmin etmək məqsədilə bu oyundan istifadə etdim. Oyunun qaydalarına görə, səs salaraq sinif yoldaşlarına mane olan, qaydalara əməl etməyən şagirdlərin çənə nahiyəsinə rəmzi olaraq rəngli yapışqan kağız yapışdırılır. Burada əsas məqsəd şagirdlərin səs salaraq bir-birinə mane olmaması, sakitliyə riayət etməsi və uşaqların fikrinin dərsə yönəldilməsidir. Bu cür əyləncəli oyunlar uşaqlarda maraq yaratmaqla, həm də onlara dərsi daha diqqətlə dinləmələrini, oyunun qalibi olmaq üçün səbirli və iradəli olmağı öyrədir. Bu, uşaqların əylənərək dərs çalışmalarına imkan yaradır".

Müəllim deyir ki, şagirdlərlə keçirdiyi bu oyun ilkin olaraq bəzi valideynlər tərəfindən yanlış anlaşılsa da, keçirilmiş görüşdə məsələ aydınlaşdırılıb. 

-----------
09:08


Bakının Nərimanov rayonunun 178 saylı tam orta məktəbinin 3 A sinfinin şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının skoçlandığını iddia edirlər.

OXU24.COM xəbər verir ki, bu barədə həmin sinifdə oxuyan şagirdlərin valideynləri Baku.ws-ə şikayətlərində bildiriblər. Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.

Şagirdlər bu barədə valideynlərinə bildiriblər. Valideynlər isə öz növbəsində, məktəb direktoru Xəyalə Qasımovaya şikayət ediblər.

Məsələni dəqiqləşdirmək üçün uşaqları təhqir etməkdə günahlandırılan ibtidai sinif müəlliməsi Xatirə Rüstəmova ilə əlaqə yaratdıq. Müəllim ittihamları qəbul etmədi və məsələyə bu aspektdən yanaşmağın düzgün olmadığını vurğuladı.

"Bu məsələ ilə bağlı valideynlər gəliblər, hazırda söhbət edirik. Bu 3-4 valideynin işidir. Mən heç vaxt uşaq döyməmişəm. Uşaqlar məni çox istəyirlər. Oyunlar oynayırıq. Heç vaxt uşaqlarla aramda hər hansı bir problem olmayıb.

Sinifdə oxuyanlar da var, zəif oxuyanlar da. Çalışıram ki, zəif oxuyanları qabağa gətirim", - deyə Xatirə Rüstəmova bildirib.

Sinif rəhbəri deyir ki, məsələ ilə bağlı direktora da izahat yazıb:

"Mən bu barədə direktora da izahat yazıb vermişəm. KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlar da əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular.

Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq.

Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm.

Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir".

Məsələ ilə bağlı məktəb direktoru Xəyalə Qasımova ilə əlaqə yaratmağa çalışdıq. Direktor zənglərimizə cavab vermədi. Məktəbdən isə bildirdilər ki, hazırda direktor danışmaq imkanında deyil.

phrase_var_article.chosen
1
5
oxu24.com

10phrase_var_article.sources