AZ

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5 milyard 625 milyon 143 min ABŞ dolları təşkil edib.

Publika.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 572 milyon 273 min ABŞ dolları (21,8%) azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,05%-i həcmində olub.

11 ayda Azərbaycan Türkiyəyə 3 milyard 515 milyon 893 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 589 milyon 421min ABŞ dolları (31,1%) azdır. Dövr ərzində Türkiyə ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 14,45%-ni təşkil edib.

phrase_var_article.chosen
15
6
publika.az

7phrase_var_article.sources