AZ

Mask aya və marsa insan aparacaq - Bu tarixdə...

"SpaceX" Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş Starship raketinin yeddinci sınaq uçuşuna Federal Aviasiya Administrasiyasından (FAA) icazə alıb.

Milli.Az xəbər verir ki, 120 metr hündürlüyündə olan raketin buraxılışı  "Starbase" obyektindən həyata keçiriləcək.

Starship-in yenilənmiş versiyası yanvarın 11-də sınaqdan keçirilə bilər. Bu model təkmilləşdirilmiş dizayn və artırılmış yanacaq tutumu ilə əvvəlki sınaqların təcrübələrini əks etdirir.

NASA və SpaceX bu raketi gələcəkdə ekipaj və yük daşımaq üçün Aya, Marsa və digər kosmik hədəflərə göndərməyi planlaşdırır.

Starship-in ilk böyük missiyası NASA astronavtlarını 1972-ci ildən bəri ilk dəfə Aya endirmək olacaq.

Fidan
Milli.Az

Seçilən
2
50
milli.az

10Mənbələr