AZ

BMT Ukraynada Putin ordusunun qətlə yetirdiyi dinc insanların sayını açıqladı... 

Birləşmiş Millətlər Təşkilatı 2022-ci ilin fevral ayından bəri Rusiya müharibəsi nəticəsində Ukraynada 12,3 mindən çox insanın öldüyünü, həmçinin 27,8 mindən çox insanın yaralandığını rəsmi olaraq qeyd edib.
 
Moderator.az "Ukrinform"a istinadla xÉ™bÉ™r verir ki, bu rÉ™qÉ™mlÉ™ri TÉ™hlükÉ™sizlik Åžurasının iclasında BMT baÅŸ katibinin tÉ™rksilah üzrÉ™ müavini Ä°zumi Nakamitsu tÉ™qdim edib.
 
“24 fevral 2022-ci ildÉ™n 30 noyabr 2024-cü il tarixÉ™dÉ™k BMT-nin Ä°nsan Hüquqları üzrÉ™ Ali Komissarlığının Ä°darÉ™si Ukraynada mülki ÅŸÉ™xslÉ™r arasında 12 340-dan çox ölüm vÉ™ 27 836 yaralanma faktını qeydÉ™ alıb.
 
Namitsu qeyd edib ki, noyabrda Ukraynada itkilərin təxminən 42%-i Rusiyanın uzaqmənzilli silahlardan istifadə etməsi nəticəsində olub ki, bu da əvvəlki aylarla müqayisədə xeyli yüksək rəqəmdir.
 
Bundan əlavə, baş katibin müavini BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının bu il üçün məlumatlarına istinad edib. Onlara görə, yanvarın 1-dən noyabrın 30-dək aviasiya bombardmanı nəticəsində 341 dinc sakin həlak olub, 1803 nəfər isə yaralanıb. Bu, ötən illə müqayisədə müvafiq olaraq üç və altı dəfə çoxdur.
 
Xatırladılır ki, BMT bundan əvvəl Ukraynada Rusiya Federasiyasının insan haqlarının, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və hərbi cinayətləri barədə bəyanat verib. O cümlədən, söhbət ukraynalıların Rusiya hərbçiləri tərəfindən 142 edam olunması hadisəsindən gedir...
phrase_var_article.chosen
15
moderator.az

1phrase_var_article.sources