AZ

Əsədov Cümşüd: Doğma yurdumuz uğrunda canından keçənlərə daima minnətdarıq

Doğma yurdumuz uğrunda canından keçənlərə daima minnətdarıq.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şuşa sakini Əsədov Cümşüd deyib.

Onun sözlərinə görə, Şuşanı 40 yaşında tərk etmək məcburiyyətində qalıb. Şuşanın bütün cığırlarını belə yaxından tanıyır. Bundan sonra da doğma yurdun qoynunda yaşayacağıq. İnanırıq ki, Şuşa bundan sonra da çiçəklənəcək.

"Bizə bu hissləri yaşadana Allahdan cansağlığı arzulayıram. Allah başda dövlət başçımız olmaqla dövlətimizi, ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", -deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr