AZ

Qaziləri yaltaq adlandıran Tural Sadıqlı və digərləri Azərbaycan xalqına qarşı nifrət püskürürlər - XAİNLƏRİ TANIYIN

Ölkə xaricindəki vətən xainlərinin ifşası davam edir.

 

Azərbaycan xalqı "azad söz", "demokratiya" adı altında gizlənərək ölkəyə qarşı xüsusilə informasiya təxribatları həyata keçirən şəxsləri tanımalıdır. Xainlərdən biri özünü "bloqer" adlandıran Tural Sadıqlıdır. O, sosial şəbəkənin imkanlarından istifadə edərək ailə üzvlərinin də yaşadığı Azərbaycan dövlətinə, xalqına, qəhrəmanlarına qarşı nifrət püskürür, milli və mənəvi dəyərlərdən uzaq çıxışlar, əxlaqsızlığa çağırışlar edir, yaşadıqları Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. O və onun kimilər bunu heç gizlətmirlər də. Açıq bəyan edirlər. Baxın azərbaycanlı adı və soyadı daşıyan Tural Sadıqlı deyir: ""Skype" hesabıma zəng gəldi, dedilər ki, ermənilərlə bağlı paylaşımlar edəcəksiniz. Şuşadan, Xankəndindən materiallar göndəriləcək, paylaşacaqsınız. Gündəlik iş görəcəyik, bilirik ki, Azərbaycanda hakimiyyət dəyişikliyini istəyirsiniz, illərdir, çalışırsınız. Biz sizə nəzarət edəcəyik". 

 

Sonrakı videolarında da Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxsləri - qaziləri təhqir edir, onları "yaltaq", "üzəduran" adlandırır. Müharibə ərəfəsində də şəhid olan şəxslərlə bağlı "Boş-boş söhbətlərin üstündə şəhid olurlar" ifadəsini işlədir. Bu, minlərlə insana həqarətdir. Xain necə olur? Bu cür mövqeli insan müharibə vaxtı Azərbaycanda olsaydı, elə Azərbaycana qarşı döyüşəcəkdi. Bunların davası söz azadlığı, demokratiya deyil, vətənə qarşı düşmənçilikdir. Çünki satılıblar, Ermənistanın xüsusi xidmət orqanlarından gələn tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Bunu hər kəs bilməlidir. 

 

 

Tarix: 21 Dekabr 2024, 09:03   
phrase_var_article.chosen
12
pravda.az

1phrase_var_article.sources