AZ

Ermənistanla sərhəddə ard-arda güclü zəlzələ oldu

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Bundan başqa, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb.

Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Seçilən
15
49
axar.az

10Mənbələr