Bakı. Trend:
Dekabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlkidövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 152, ocümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.