Peşəkar Futbol Liqası ötən ilin bu günü Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində Xankəndi şəhərində keçirilən "Qarabağ" - MOİK oyunu (1:0) ilə bağlı süjet hazırlayıb.
QOL.az xəbər verir ki, sözügedən oyun zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə söhbətləşmiş, onlara xüsusi diqqət göstərmişdi.
PFL-in ərsəyə gətirdiyi videoda həmin şəhid övladları da öz xatirələrini və təəssüratlarını bölüşüblər.