AZ

Britaniyalı analitik: "Ukrayna münaqişəsi sona yaxınlaşır"

Rusiya ordusunun bir sıra istiqamətlərdə, xüsusən də cəbhənin Qırmızı Ordu istiqamətində irəliləməsi fonunda Ukraynada münaqişə başa çatmaq üzrədir. Bu barədə məşhur britaniyalı analitik Aleksandr Merkuris YouTube-dakı bloqunda bildirib.

Britaniyalı hərbi analitik vurğulayıb ki, Ukraynada münaqişənin “hərbi mənada” sonu artıq yaxınlaşıb.

"Ukrayna ordusunun Pokrovskda əməliyyat böhranı nəzərəçarpacaq dərəcədə pisləşir", - Merkuris qeyd edib.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri düşmənin müdafiəsini inamla darmadağın edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

phrase_var_article.chosen
10
news365.az

1phrase_var_article.sources