AZ

Bu iki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırıldı

Bakı. Trend:

İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyətidayandırılıb.

Bu barədə Trend-ə FövqəladəHallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət YanğınNəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisindəyanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruritədbirlərin görülməsini davam etdirir.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu,Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağankəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsusyanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğıntəhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həminnöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə vədövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənedilib. Belə ki:

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemivə ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektlər “İcbari sığortalar haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişyanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədəqərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyektnümayəndəsinə təqdim edilib.

Seçilən
8
33
az.trend.az

5Mənbələr