AZ

Azərbaycanın gübrə ixracından gəlirləri artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 113 milyon 497 min ABŞ dolları dəyərində 517 min 635 ton gübrə ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 40 milyon 249 min ABŞ dolları (54,9%), həcm baxımından isə 209 471 ton (68%) çoxdur.

11 ayda gübrə ixracı Azərbaycanın ümumi ixracının 0,47%-ni təşkil edib.

Eyni zamanda cari ilin yanvar-noyabr aylarında Azərbaycan 69 milyon 297 min ABŞ dolları dəyərində 155 770 ton gübrə idxal edib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə dəyər baxımından 19 min ABŞ dolları (0,03%), həcm baxımından isə 24 710 ton (18,8%) çoxdur.

11 ayda gübrə idxalı Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib.

Seçilən
12
2
valyuta.az

3Mənbələr