"Fənərbaxça" klubu braziliyalı hücumçu Anderson Taliskanı heyətinə cəlb edib.
News24.az bu barədə Türkiyənin "Devre" nəşrinə istinadən xəbər verib.
Mənbə yazır ki, 30 yaşlı A.Taliska ilinə 9 milyon avro məvacib alacaq. Üstəlik futbolçu vurduğu hər beş qola görə 500 min avro bonus qazanacaq.
Qeyd edək ki, futbolçu 2021-ci ildən Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun uğurları üçün tər tökür.
\\mətbuat.az