AZ

AFFA “Qarabağ” və “Şamaxı”nı cərimələdi

AFFA-nın İntizam Komitəsi “Şamaxı” və “Qarabağ” klublarını cərimələyib. Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. 

Bildirilib ki, Azərbaycan Premyer Liqasında III turun “Şamaxı” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib. Həmçinin sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, "Qarabağ" klubu 1500 manat cərimələnib. “Qarabağ” klubu artıq neçənci dəfədir azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən cəzalandırılır.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XQ

phrase_var_article.chosen
6
3
xalqqazeti.az

4phrase_var_article.sources