Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb, 11 nəfər isə həlak olub. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisəni törədən şəxsin kimliyi ortaya çıxıb.
50 yaşında olduğu bildirilən terrorçunun Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu açıqlanıb.
Alman mətbuatında yer alan məlumata görə, hücum edən şəxs 2006-cı ildən Almaniyanın Bernburq şəhərində yaşayan və klinikada psixoterapiya sahəsində çalışan həkimdir.