AZ

Bu gün onlar imtahan verir

Bu gün şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsinə 1652 namizəd dəvət edilib.

Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunur. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılır.

Həmçinin məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunur. Müsabiqənin test imtahanı mərhələsində 480 namizəd dəvət edilib.

Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. Göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.

phrase_var_article.chosen
7
29
news24.az

10phrase_var_article.sources