AZ

"Heyrətə gəldim və Putinə çox təşəkkür edirəm..." - Suriyada itən jurnalistin anası

Amerikalı jurnalistin anası Putinə təşəkkür edib.

 

Sfera.az bildirir ki, bu barədə o, “TASS” agentliyinə müsahibə verib. Belə ki, 12 il əvvəl Suriyada yoxa çıxan amerikalı jurnalist Ostin Ticenin anası Debra Tice oğlunun tapılmasına köməklik edəcəyi vədinə görə, Rusiya prezidentinə minnətdarlığını bildirib.

 

“Prezident Putinə açıq şəkildə Ostinin tapılmasına kömək edəcəyinə söz verdiyi üçün çox təşəkkür edirəm. Mən heyrətə gəldim və buna görə son dərəcə minnətdaram,” - Debra Tice deyib.

 

O qeyd edib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə əlaqələri, eləcə də yerli vəziyyətdən xəbərdarlığı nəzərə alınmaqla, hazırda heç kim prezident Putinlə eyni imkanlara malik deyil.

 

Qeyd edək ki, dekabrın 19-da Putin jurnalistin taleyi ilə bağlı sualı Bəşər Əsədə, eləcə də bu ölkədəki vəziyyətə görə cavabdeh olanlara ünvanlamaq niyyətində olduğunu açıqlayıb.

 

Xatırladaq ki, “The Washington Post” və “The Wall Street Journal” da daxil olmaqla, bir sıra Amerika nəşrlərində çalışan Ostin Tice 2012-ci ildə ərəb respublikasındakı hadisələri işıqlandırarkən yoxa çıxıb. Daha sonra onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olduğu iddiası ilə Dəməşqin cənubunda Suriya səlahiyyətliləri tərəfindən həbs edildiyi barədə məlumat əldə edilib. Tice əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib.

 

Günay

Sfera.az

 

 

phrase_var_article.chosen
19
sfera.az

1phrase_var_article.sources