Milyarder İlon Mask Almaniya kansleri Olaf Şoltsu Almaniyada Milad yarmarkasında törədilən terror aktından sonra istefaya çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Şolts dərhal istefa verməlidir” deyən Mask kansleri “səriştəsiz axmaq” adlandırıb.
Bundan əvvəl İlon Mask Almaniyadakı seçki kampaniyasına müdaxilə edərək, ifrat sağçı Almaniya üçün Alternativin (ALD) ölkənin xilaskarı olduğunu bildirmişdi.