AZ

Tatarıstanda yaşayış binasına dronla hücum edildi - Sakinlər təxliyə edilirlər - ANBAAN VİDEO

Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazanda 37 mərtəbəli yaşayış binasına dronla hücum edilib.

7News.Az rus mətbuatına istinadən xəbər verir ki, "Mavi səmalar" adlı yaşayış kompleksində yanğın başlayıb və sakinlər təxliyə edilib. 
 
Hadisə şahidləri üç dəfə partlayış olduğunu söyləyirlər. Dron binanın 15-ci mərtəbəsinə çırpılaraq partlayış törədib. Başlayan yanğın nəticəsində binanın liftləri bloklandığı üçün sakinləri yanğınsöndürənlər xüsusi nərdivanlarla xilas etməli olub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyindən verilən xəbərə görə, hava hücumundan müdafiə qüvvələri Moskva vaxtı ilə saat 07:50-də Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus dronu vurublar.

 


Seçilən
10
7news.az

1Mənbələr