AZ

"Heç bir elektron vasitə insan həyatının hökmünü verə bilməz"

"Bugünki tədbiri çox yüksək səviyyədə qiymətləndirmək olar. Gördüyünüz kimi, dünyanın ən tanınmış hüquqşunasları burada iştirak edir. Cinayət hüququ sahəsində elektron sistemin tətbiqi məsələsi müzakirə olundu".

Bu sözləri News24.az-a açıqlamasında tanınmış yazıçı, keçmiş müstəntiq Müşfiq Abbasov Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışarkən deyib.

"Hesab edirəm ki, heç bir elektron texniki vasitə insan həyatının hökmünü verə bilməz. Hansısa elektron vasitə insan faktorunu əvəz edə bilməz. Təsəvvür edin ki, hakimi hansısa kompüter əvəz edir...

Qeyd edim ki, çox maraqlı diskussiyalar oldu. Bu cür tədbiri təşkil etdiyinə görə dəyərli professor İlham Rəhimova dərin təşəkkürümü bildirirəm ki, bu tədbirin təşkili məhz Bakıda keçirilir", - deyə o bildirib.

Günel Məlikzadə

Seçilən
39
news24.az

1Mənbələr