Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.
O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.
Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.