AZ

AzVP bələdiyyə seçkilərinə hazırlığın gedişini müzakirə etdi - FOTOLAR

Bu gün Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Siyasi Şuranın sədri Novruz Novruzov yığıncağı açıq elan edib, gündəliyi təqdim edib, qərarların icrası və görülən işlər barədə məlumat verib.

Sonra partiya sədri Akif Nağı “29 yanvar 2025-ci ildə keçiriləcək Bələdiyyə seçkilərində Azad Vətən Partiyasının iştirakı” mövzusunda məruzə edib.

Qeyd edilib ki, partiyanın seçkilərdə iştirak etməsi vacib addımdır. Partiyanın dövlət əhəmiyyətli seçkilərdə fəallıq göstərməsi idarəetmə strukturlarına inteqrasiya baxımından olduqca önəmli məsələdir. 

Məruzəçi Siyasi Şuranın ötən iclasında qərara alınmış sosial şəbəkələrdən təbliğati işdə geniş istifadə edilməsi məsələsinə də fikir bildirib.

A.Nağı deyib ki, qərardan sonra bu istiqamətdə müəyyən fəallıq olsa da, hələlik görülən işləri qənaətbəxş saymaq olmaz. İdeyaların, ictimai fəallığın təbliğində müasir texniki vasitələrdən istifadə əməli nəticələr verməlidir.

Məruzə ətrafında Siyasi Şura üzvlərindən Fəzli Qasımov, Seymur İsmayılov, Tacəddin Əyyubov, Əfruz Xəlilova, Haşim İsgəndərli, Barat İmani, Mehdi Məmmədov, Ağsaqqallar Şurasının sədri Əkbər Rüstəmov, Şəki şəhər təşkilatının sədri Elxan Rəhimov, Firuzə Əsədullayeva, Rəsmiyyə Qarayeva, Rafiq Quliyev, Elpərəsət Quliyev  və başqaları çıxış edərək fikir və mülahizələrini bildirib, ictimai-siyasi və sosial məzmunlu təkliflərini veriblər.

İclasda Şəki rayonundan olan bir qrup partiya üzvünün vəsiqələri təşkilatın sədri Elxan Rəhimova təqdim olunub.

Sonda müzakirə olunan məsələlər barədə qərar qəbul olunub. Qərarda rayon təşkilatlarının və fərdi üzvlərin fəallığının artırılması, habelə təbliğat-təşviqat işində sosial şəbəkələrdən istifadənin genişləndirilməsi, ictimai-siyasi və mədəni proqramların hazırlanıb həyata keçirilməsi məsələləri əks olunub.

phrase_var_article.chosen
7
1
cebheinfo.az

2phrase_var_article.sources