“Bəzi müğənnilər gündəm olmaq üçün dalaşırlar”.
Bu sözləri tarzən Humay Qədimova “Gün ortası” verilişində bildirib.
O, fikirlərinə belə davam edib:
“Mən lazım olan yerlərdə oluram. Dediyiniz səs-küydə olmaq istəmirəm. Bir də dediniz ki, bəziləri gündəm olmaq üçün gündəm yaradır. Düşünürəm, çalışırlar ki, gündəm olsunlar. Məşqi orada aparırlar. Sənətdə məşq etmirlər. Razılaşırlar ki, mən sənə bunu deyim, sən də mənə bunu de. Məsələn, neçə illərdir ki, sənət yoldaşlarım, duz-çörək kəsdiyim qızlar var ki, aramızda söz-söhbət olur. Telefon nə üçündür? Zəng edib bir-birimizə deyirik ki, bunu etmə. Bunu öz aramızda həll edirik. Qrupu da “WhatsApp”da yaradırıq. Danışırıq ki, efirə çıxmasın, yaxşı görünməz. Gördüyümüz tərbiyə budur”. (Yenisabah.az)