Suriyada hakimiyyətin devrilməsindən sonra Bəşər Əsəd Rusiyaya qaçarkən prezidentin işlər naziri Mənsur Əzzam və mühafizə bölməsinin rəisi, briqada generalı Muhsin Məhəmməd onu müşayiət edib.
Azreform.info axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Majalla" məlumat yayıb.
Bildirilib ki, Əsədin qardaşı Mahir Əsədə və ən yaxın köməkçilərinə belə onun getməsi barədə məlumat verilməyib.