AZ

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilib

Azərbaycan idmanında tarixi hadisə yaşanıb. Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində keçirilib.

Sonuncu dəfə 1974-cü ildə badminton üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Xankəndi şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə bu dəfə final qarşılaşmaları oynanılıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 oğlan və 12 qız 5 kateqoriya üzrə mübarizə aparıb.

1974-cü ildə keçirilən turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

Qalib və mükafatçıları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

AZƏRTAC

phrase_var_article.chosen
7
2
ikisahil.az

3phrase_var_article.sources