AZ

Əsədin Suriyanı tərk etməmişdən əvvəl Rusiyadan nə istəyib?

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqi tərk etməzdən bir neçə gün əvvəl ölkədə hakimiyyətin müxalifət qüvvələri tərəfindən ələ keçirilməsi fonunda silahlılarla danışıqlar aparmaq üçün Rusiya ilə əlaqə saxlamağa çalışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Əsəd Moskvaya Cenevrədə Suriya müxalifətinin nümayəndələri ilə danışıqlara hazır olduğuna işarə edib. Ancaq bu mesaj Rusiyaya çatmayıb.

Nəşrin məlumatına görə, siyasətçi dekabrın 7-də böyük oğlu Hafizlə Rusiya zirehli maşını ilə Dəməşqdən çıxıb. O, Rusiyanın Xmeymim aviabazasına yollanıb.

Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin bitdiyini elan edib. Əsəd Rusiyaya qaçıb və siaysi sığınacaq alıb.

Aydın

phrase_var_article.chosen
11
2
qaynarinfo.az

4phrase_var_article.sources