Səudiyyə Ərəbistanı hakimiyyəti Maqdeburqda Milad bazarına gələn ziyarətçilərə hücumda şübhəli bilinən şəxsin mümkün təhdidləri barədə Almaniyaya üç dəfə xəbərdarlıq edib.
SİA xəbər verir ki, bu məlumatı “Der Spiegel” jurnalı paylaşıb.Xəbərdarlıqların məzmunu açıqlanmır. Aydınlaşdırılır ki, 2023-cü ilin dekabrında Saksoniya-Anhalt əyalətinin kriminal şöbəsi Almaniyaya qarşı təhdidlər etdiyi sosial şəbəkələrdəki nəşrlərlə bağlı şübhəli Taleb A. haqqında ifadə alıb. Lakin departament rəsmiləri son nəticədə heç bir real təhlükə olmadığına qərar verdilər.
Səudiyyə Ərəbistanı vətəndaşı, 2006-cı ildən Almaniyada yaşamaq icazəsi və qaçqın statusu ilə yaşayan 50 yaşlı Taleb A. həkim işləyirmiş.
...Der Spiegel yazır, o, Almaniyadakı Səudiyyə diasporunda təsirə malik idi.
Berliner Zeitung, Taleb A.-nin Almaniyaya psixiatriya təhsili almaq üçün gəldiyini və sığınacaq istəməsinə aydınlıq gətirib. Almaniya şəhərində yarmarka ziyarətçilərinə hücum dekabrın 20-də axşam saatlarında baş verib. Bəzi mənbələrə görə, 4 nəfər ölüb, 205 nəfər yaralanıb.
Saksoniya-Anhalt hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı adlandırıb.
"Bild" qəzeti öz mənbələrinə istinadən daha sonra yazıb ki, Maqdeburqda insanların üzərinə qaçan şəxs narkotik sərxoşluğu vəziyyətində olub - Səudiyyə Ərəbistanından olan bir vətəndaşın ilkin narkotik sınağı müsbət nəticə verib.
Əli Babayev