1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pakistanın şimal-qərb əyaləti olan Hayber-Paxtunxvada silahlı qruplaşmaların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Times of India" xəbər yayıb.
Bildirilir ki, hücum nəticəsində daha beş nəfər ağır yaralanıb.
Məlumata görə, məntəqəyə 30-a qədər terrorçu hücum edib, atışma bir neçə saat davam edib.
Qeyd edilir ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.