NASA 24 dekabr 2024-cü ildə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroidin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.
Referans.az xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyi (ESA) saatda 23 min 160 kilometr sürətlə gələn 2024 XN1 adlı nəhəng asteroidin Yerə dəymədən təhlükəsiz məsafəni keçəcəyini bildirib.
10 mərtəbəli bina ölçüsündə olan asteroid saatda 23 min kilometrdən çox sürətlə hərəkət edərək planetimizi 7,21 milyon kilometr məsafədə keçəcək.
"Asteroid kifayət qədər uzaqda olacaq, ona görə də o, Yer üçün təhlükə yaratmayacaq. Bununla belə, bu ölçüdə bir obyekt planetimizə düşsəydi, bunun nəticələri çox dağıdıcı ola bilər".