“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniora əlavə istirahət verib.
“Qafqazinfo” bu barədə “Relevo” nəşrinə istinadən xəbər verir.
Hücumçu sarı vərəqə limitini aşması səbəbindən La Liqanın 18-ci turunda “Sevilya” ilə matçı (22 dekabr) buraxacaq. Lakin, Karlo oyun günü futbolçunun kənarda istirahət etməsinə icazə verib.
İtaliyalı mütəxəssis 24 yaşlı forvardın komandanın ötəngünkü məşqinə qatılmamasına da icazə verib.
Məlumata görə, Vinisius Mayamiyə istirahətə yollanacaq. O, dekabrın 30-da kluba qayıdacaq.
Xatırladaq ki, forvard bu yaxınlarda FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatına laiq görülüb.