Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dostları və ailəsi ilə birlikdə Yeni il üçün ənənəvi "Olivye" salatı hazırlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
“Bizim insanlardan Yeni il günü "Olivye" salatı bişirməyən və yeməyən varmı bilmirəm. Bütün ailə ilə bişiririk. Böyük miqdarda bişiririk. Təkcə Yeni il süfrəsi üçün deyil, bir neçə günə kifayətdir”, - deyə Zaxarova Yeni il mətbəxi planları ilə bağlı sualı cavablandırıb.
O, həmçinin əlavə edib ki, salat yanvarın 1-nə keçən gecə deyil, yanvarın birinci və hətta ikinci səhəri daha dadlı olur.