AZ

Keçmiş işçisi Gömrük Komitəsini məhkəməyə verdi

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş işçisi Oqtay Məsmalıyev qurumu məhkəməyə verib. Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisə pensiya təminatı ilə əlaqədardır. Oqtay Məsmalıyevin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. Yanvarın 5-nə işüzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək. Bundan əvvəl DGK-nın keçmiş işçisi Nəzakət Qazıbəyova məhkəmə vermişdi. Onunla da qurum arasındakı mübahisə pensiya təminatı ilə bağlı idi.Bu məsələni araşdırarkən məlum olmuşdu ki, Səfər Mehdiyev DGK-nın sədri olduğu dönəmdə bir qrup gömrük əməkdaşının pensiya hüququ pozulub.

DGN-nın sədri Şahin Bağırovdur. O,2023-cü ildən quruma rəhbərlik edir.

phrase_var_article.chosen
0
1
metbuat.az

10phrase_var_article.sources