Nigeriyanın paytaxtı Abucada katolik kilsəsində humanitar yardım paylanması zamanı yaranan izdihamda ən azı 10 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Nigeriya polisinin sözçüsü Cozefina Ade məlumat yayıb.
Onun sözlərinə görə, Maytame rayonunda yerləşən kilsəyə səhər tezdən mindən çox insan toplaşıb.
“Ərzaqların paylanması zamanı yaranan izdihamda dördü uşaq olmaqla 10 nəfər həlak olub, 8 nəfər xəsarət alıb”, -Ade qeyd edib.