AZ

İran valyutası ilə bağlı KRİTİK QƏRAR

İranda əskinaslardan dörd sıfırın silinməsi və rəsmi valyutanın “İran rialı”ndan yeni pul vahidi – “İran tümən”inə dəyişdirilməsini ehtiva edən pul islahatı planlaşdırılır.

Publika.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian maliyyə islahatı haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təklif edilmiş və 2019-cu ildə təsdiqlənmiş sənəd təcili qaydada parlamentə təqdim edilib.

“Parlamentə ölkənin maliyyə-bank qanunvericiliyində islahatlar haqqında qanun layihəsi təqdim edilib ki, bunun da mahiyyəti milli valyuta əskinaslarından dörd sıfırın silinməsi və maliyyə sisteminin dəyişdirilməsindən ibarətdir”, – məlumatda deyilib.

phrase_var_article.chosen
553
13
publika.az

10phrase_var_article.sources