AZ

Vanuatuda növbəti zəlzələ baş verib

Vanuatu ada dövlətində 6,1 maqnitudalı zəlzələ baş verib.

SİA xəbər verir ki, məlumatı ABŞ Geofizika İnstitutu yayıb. Zəlzələnin episentri ölkənin paytaxtı Port Vila şəhərindən 30 kilometr qərbdə, 40 kilometr dərinlikdə yerləşir. Yerli vaxtla saat 02.30-da baş verən yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.

Qeyd edək ki, çərşənbə axşamı baş vermiş 7,2 maqnitudalı zəlzələdən sonra Vanuatuda 1 həftə komendant saatı tətbiq edilib.

phrase_var_article.chosen
1
6
sia.az

7phrase_var_article.sources