Qətər səfirliyi 13 il sonra Dəməşqdə fəaliyyətini bərpa edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Al Araby” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu gün Suriyanın paytaxtındakı Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.
Qeyd edək ki, Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.
Xatırladaq ki, Qətər səfirliyi 2011-ci ildə Suriyada vətəndaş münaqişəsinin başlanması ilə bağlı fəaliyyətini dayandırmışdı.
"Cebheinfo.az"