AZ

Azərbaycanın ilk uşaq macəra serialı - “Mən, Lalə, bir də Şerlok Holms” başlayır

İctimai Televiziyanın layihəsi olan “Mən, Lalə, bir də Şerlok Holms” adlı 12 bölümlük serial dekabrın 22-dən yayımlanmağa başlayacaq.

Teleqraf.com xəbər verir ki, yeni ekran əsərinin ssenaristləri Tural Sevdimalı və Vüqar Hüseynov, quruluşçu rejissoru isə Rüfət Şahbazovdur.

Ailəvi komediya və fantastika janrında çəkilən serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik bu obraz hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanı xəyalında canlanaraq ona gündəlik çətinliklərini həll etməyə kömək edir.

Ekran işi biliklərin insanın həyatında xilasedici rolundan danışır, qohumcanlığa, dostpərvərliyə səsləyir. Hər kəsin şirin xatirələrində olan uşaqlıq illəri və macəra arzusunu canlandırır.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
8
teleqraf.com

1phrase_var_article.sources