AZ

Böyük Britaniya ABŞ-a yeni səfir təyin etdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer leyborist siyasətçi, sabiq nazir və Avropa İttifaqının ticarət komissarı Piter Mandelsonun ABŞ-a növbəti səfir təyin olunduğunu təsdiqləyib.

Axar.az xəbər verir ki, 71 yaşlı Mandelson gələn ilin əvvəllərində vəzifəsinin icrasına başlayacaq.

“ABŞ bizim ən mühüm müttəfiqlərimizdən biridir və dostluğumuzun yeni mərhələsinə keçərkən Piter bu vəzifəyə bənzərsiz təcrübə gətirəcək və tərəfdaşlığımızı daha da gücləndirəcək”, - deyə Baş nazir bəyanatında bildirib.

ABŞ-ın yeni prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Maskın tənqidlərinə məruz qalan Britaniya liderinin bu təyinatı maraq doğurub. Mandelson hazırda Vaşinqtondakı səfir vəzifəsini yerinə yetirən və Trampın komandası ilə güclü əlaqələr qurmaqla tanınan Karen Pirsi əvəzləyəcək.
Seçilən
2
14
sherg.az

10Mənbələr