Goranboy rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakini 40 yaşlı Asəf Məmmədov özünü asaraq intihar edib. Onun meyiti qayınatasının evində yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil. A. Məmmədovun ailəli olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev