Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
\"Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib\", - bəyanatda deyilir.
Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.
Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb.