AZ

Suriyanın yeni XİN başçısı ilə bağlı MARAQLI DETAL - Bu ölkədə TƏHSİL ALIB

Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Türkiyə universitetinin məzunudur.

Musavat.com xəbər verir ki, Əsəd Həsən əl-Şibani 1987-ci ildə Həsəkə vilayətində anadan olub. O, 2009-cu ildə Dəməşq Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib.

2022-ci ildə İstanbul Sabahattin Zaim Universitetində siyasət elmləri və beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb.

Əl-Şibani 2011-ci ildə başlayan Suriya inqilabına qoşulub və Suriya Qurtuluş Hökumətinin yaradılmasında iştirak edib. 2017-ci ildə o, hələ də rəhbərlik etdiyi Suriya Qurtuluş Hökumətinin Siyasi Departamentini yaradıb.

Musavat.com

phrase_var_article.chosen
13
2
musavat.com

10phrase_var_article.sources