AZ

Ukraynada ağır yol qəzasında 7 nəfər öldü

Rusiyanın ilhaq etdiyi Luqansk vilayətində mikroavtobus və avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin “Luqansk Xalq Respublikası” üzrə istintaq idarəsi məlumat yayıb.

“Bu gün axşam saatlarında Dovjanske – Kiyev yolunda, Antratsit bələdiyyə dairəsinin Dyakove kəndi yaxınlığında mikroavtobus və avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla yeddi nəfər aldığı xəsarətlərdən keçinib. Digər sərnişinlərin vəziyyəti müəyyən edilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukraynanın Dyakove kəndi 2014-cü ildən işğal altındadır.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
5
40
teleqraf.com

10phrase_var_article.sources