AZ

Zərbə dalğası minlərlə nüvə bombasının gücü qədər qiymətləndirilən asteroid Yerə yaxınlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NASA-nın alimləri xəbər veriblər.
Bildirilir ki, 2024 XN1 adlandırılan səma cismi Milad bayramı ərəfəsində, 24 dekabr tarixində planetimizin yanından keçəcək.
Onların sözlərinə görə, səma cismi Yer üçün potensial təhlükə təşkil edir. Alimlərin qiymətləndirməsinə görə, əgər bu kosmik obyekt planetimizlə toqquşsaydı, onun zərbə dalğası bir neçə min nüvə bombasının partlayışına bərabər olardı.
Məlumatda NASA alimlərinin səma cisminin hərəkət trayektoriyasını diqqətlə izləməyə davam etdikləri vurğulanıb.
Qeyd etmək lazımdır ki, bu, iri asteroidlərin Yerə təhlükəli məsafədə keçdiyi ilk hal deyil. Təkcə dekabr ayının əvvəlində NASA planetimizə eyni vaxtda iki potensial təhlükəli kosmik obyektin yaxınlaşdığını qeydə alıb. 3 və 4 dekabr tarixlərində bu asteroidlər Yerdən müvafiq olaraq təxminən 2 və 5 milyon kilometr məsafədə keçiblər.
Seçilən
15
1
oxu.az

10Mənbələr