AZ

Bu ölkədə kütləvi qrip xəstəliyi yayıldı

Yaponiyada 94 mindən çox qripə yoluxma qeydə alınıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ölkə üzrə 5000 xəstəxana və klinikada 94 259 qrip xəstəsi qeydə alınıb.

Bildirilib ki, cari mövsümdə ölkədə ümumi qriplə xəstələnmə hallarının sayı 718 000-ə çatıb.

Məlumata görə, epidemiyanın yanvar ayında pik həddə çatacağı gözlənilir. Buna görə qurumlar əhalini ehtiyat tədbirləri görməyə çağırıb.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
1
9
teleqraf.com

10phrase_var_article.sources