AZ

“Kənddən şəhərə” bayram yarmarkası

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda sayca 7-ci “Kənddən şəhərə” yeni il yarmarkası fəaliyyətə başlayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək.

Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 30 şəhər və rayonundan gələn 100-ə yaxın fermer təsərrüfatlarında yetişdirdikləri 100-dən artıq məhsul çeşidini satışa çıxarıb. Alıcılara təqdim olunan məhsulların keyfiyyətinə isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən səyyar qida laboratoriyasına müraciət edə edə bilərlər.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşən yarmarkada fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Seçilən
29
19
xalqqazeti.az

10Mənbələr