AZ

"Mövsümün sonunda hədəflədiyimiz yerdə olacağıq"

"Sabah"ın yarımmüdafiəçisi Vinsent Till Premyer Liqanın 17-ci turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri matçdan (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə düşüncələrin necədir?

- İntensiv, yaxşı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Rəqibin də imkanları oldu. Buna rəğmən biz daha dəqiq olduq və vacib 3 xalı qazandıq.

- 15 oyundu uduzmayan rəqibi məğlub etməyin sirri nədir?

- Xüsusi bir sirri yoxdur. Hər oyunumuza qələbə üçün çıxırıq. Bu matç da istisna olmadı. Sadəcə, öz oyunumuzu oynadıq və qalib gəldik.

- Bu qələbə ilə medalçılar sırasında yer almaq şanslarının geri qayıtdığını demək olar?

- Bizim hədəfimiz dəyişməyib. Əvvəl olduğu kimi bundan sonra da hər oyunumuza qələbə üçün çıxacağıq. İnanıram ki, mövsümün sonunda hədəflədiyimiz yerdə olacağıq.

- Təxminən 1 ildən sonra yaşıl meydanlara qayıtdın. Özünü necə hiss edirsən?

- Artıq özümü yaxşı hiss edirəm. Optimal formamı bərpa etmək üçün müəyyən vaxt lazımdır. Addım-addım buna doğru irəliləyirəm.

XANOĞLAN İMANOV

phrase_var_article.chosen
11
sportinfo.az

1phrase_var_article.sources