AZ

Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada Trans-Baykal dəmir yolunda iki yük qatarı toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə 42 kömür vaqonu relsdən çıxaraq hər iki istiqamətdə hərəkəti bağlayıb.
Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur.
Qeyd edilir ki, bir qatarda 35, ikincisində 7 vaqon olub.
Hadisənin səbəbi məlum deyil. Prokurorluq araşdırma aparır.
phrase_var_article.chosen
14
oxu.az

1phrase_var_article.sources